M e s u d H a r a y

Mesud Haray-In Özel Websitesi

M e s u d H a r a y

Mesud Haray-In Özel Websitesi

:::: Qarabağda Gördüm :::: قاراباغ دا گوردوم ::::

 O qara qızın, 

     Qara qaşları kaman

Tökülür dodaqlarından 

          Öpüş ayələri.

Və yanaqları,

  Al almaya bənzər

Mən o qara qızı

   Qərəbağda gördüm.

       Qarabağda.


او قارا قیزین،

قارا قاشلاری کامان

توکولور دوداقلاریندان

اوپوش آیه لری.

و یاناقلاری،

آل آلمایا بنزر

من او قارا قیزی

قاراباغ دا گوردوم

قاراباغ دا

:::: Xoy - Urmu :::: خوی - اورمو ::::

Nə Xoy anladı məni, 

    Nə də sən.

      Nə urmuda saçları qırıq qızlar,

         Nə orada qırana dəyməz topraq.

 Nə xoyun gözləri doldu getdiyimdə

        Nə də sənin

 O daş qayalı

      Sən daş ürək

Ohooy ! 

     Torpaq dəlisiyəm diyən

        Kar qulaqlı urmu

          Bu səfalət

            Bu dəhşət

              Olur mu? 



نه خوی آنلادی منی،

نه ده سن.

نه اورمودا ساچلاری قیریق قیزلار

نه اوردا قیرانا دئیمز توپراق

نه خویون گوزلری دولدو گئتدییمده

نه ده سنین

او داش قایالی

سن داش اورک

اوهووووووی!

توپراق ده لی سییم دئیین

کار قولاقلی اورمو

بو سفالت

بو دهشت!

اولورمو؟!؟!


Özgürlük

  Özgürlük

 

“Özgürlük,

    Getməkdə deyil”

       Ama sən getdin

 “Geri dönməməkdədir”

      Geri dönmədin

 Bu gərgin intihar anılarında

      Bir əlimdə tapança

        Bir əlimdə qızıl gül

  Pasaportum olurdu onda

      Sənə gəlirdim orda . 


Dilim paslanır

Dilim paslanır  

 

Günəş doğur ışığı, (Səhər)

 Və nəhayət

     Köçməlidir qaranlıq

Səninlə danışmayanda belə

         Dilim paslanır vətən . 

Acığım gəlir

Acığım gəlir

 

 Nə dizim ağrayır,

       Nə belim oşgunub,

          Nə də kiçik barmağım sinib,

              Nədə sənin öldüyünə ağlamağım gəlir . 

 Təkcə ! 

   Məni atıb

     Ölümlə qol boyun olduğuna

                           Acığım gəlir. 


Kərpiç

 

 

Küçə - küçə 

      Darısqalıq,

 Kərpiç, dəmir,

     Betonlaşdıq.

 Dolaşdıq bir - birimizə

          Bulaşdıq.

 Tamarzılar gün görmədi,

    Saraldılar yarpaq – yarpaq.

 Əynimizdə köynəyimiz,

       Köynəyimizdə əynimiz,

           Daraldılar,

                 Cırıldılar.

 Qış qanad açıb gəldi,

       Sazaq vurdu mahnıları.

 Dondu serçə budaq üstə,  

         Telsimləri göndərmədi, 

                 Sevgi sözün sevgi gilə.