M e s u d H a r a y

Mesud Haray-In Özel Websitesi

M e s u d H a r a y

Mesud Haray-In Özel Websitesi

ŞAIR

 

 

 

Dodaqlarında bogulan,

               Sigara tüstüsü

    Gözlüyü dumanlı,

                Gözü çisginli

                        Bir şaır olmuşam.

Dedilər: adin ?

        Dedi : filan

Gözlüyünün şüşələrin silibdə ancaq,

          üç nəfər bıgı burma

                              əli maşada

                   şair onlari görməyi gözləyirdilər.

ŞOBƏ

 

 

Aradım - aradım

    Axtardım - axtardım

        Tapdım

               Tapdım dedim :

                        ŞOBƏ

 

QONSUMUZN QIZI

 

Nə yalqızam,

            Nə yalın.

             Nə yazıq ki,

                     Qonşumuzun qızıına ər tapılmır.

 

GÖZLƏYIŞ

 

 

Bir yarım tikə,

  Min bir bütün ağız.

Bir arzı,

  Min bir fayız ürək.

Bir atdımcık gözləyiş!

     Gözləmədik bir birimizi biz.

LAL

 

Gözlərimizi,

        Yuxuya oydurdular.

Qulaqlarımızı,

                  Yelə.

Və sən vətəndaşım,

            Dilini dişliyən gündən,

                                 LAL olubsan.

KƏNDIR

 

 

 

Sən gəl!

      Boynumu kəndirlərə tapşır,

Axı!

      Könlümdə yapraqlanacaqlarim var.