M e s u d H a r a y

Mesud Haray-In Özel Websitesi

M e s u d H a r a y

Mesud Haray-In Özel Websitesi

vətən

Kəndimi sevdiyim qədər

Mən səni sevmişim vətən.

Tanrı mənəm ondan betər

Mən səni sevmişim vətən.

 

Adını yazdım dağlara

Yarpaqlara, budaqlara,

Getmərəm mən uzaqlara

Mən səni sevmişəm vətən.

 

Könlüm guşun uçurtma day

Qəlbimdəsən gəl etmə zay

Bayrağında ulduzla ay

Mən səni sevmişəm vətən.

 

And içirəm bayrağına

Ürəyindəki yağına

Baş qoyaram ayağına

Mən səni sevmişəm vətən.

 

Mən səni sevdiyim qədər

Ömrüm daha olmaz hədər

Səndən doğar həm igid, ər

Mən səni sevmişəm vətən.

 

Adım haray sənə qurban

Sədaqətim səndən nişan

Vətən mənə, mənə inan

Mən səni sevmişəm vətən.

نظرات 0 + ارسال نظر
برای نمایش آواتار خود در این وبلاگ در سایت Gravatar.com ثبت نام کنید. (راهنما)
ایمیل شما بعد از ثبت نمایش داده نخواهد شد